Novruz bayramı münasibətilə şənlik keçirilib
13 mart 2018-ci il tarixdə Respublika Olimpiya İdman Liseyində Yel çərşənbəsi və Novruz bayramı münasibətilə şənlik keçirilib. Liseyin direktoru Rasim Muradov tədbir iştirakçılarını salamlayaraq onlarla Novruzun qədim tarixi ilə bağlı maraqlı fikirlərini bölüşüb.

Sonra Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Vüqar Əhmədov, şöbənin baş məsləhətçisi, yazıçı-publisist Zöhrə Əsgərova çıxış edərək iştirakçıları təbrik ediblər.

Liseyin müəllim və şagirdlərinin Azərbaycana və Novruz bayramına həsr edilən rəngarəng zərif əl işlərindən ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub. Liseyin futbol meydançasında qurulan və keçmişdən xəbər verən atributlar, çadırlar, şən nəğmələr, rəqslər, idmançıların nümunəvi çıxışları şənliyə toplaşanlarda bayram əhval-ruhiyəsi yaradıb.

Tədbir Bayram tonqalının alovlandırılması isə başa çatıb. Respublika Olimpiya İdman Liseyinin baharın gəlişinə həsr edilən bayram şənliyi, möhtəşəm Novruz tədbiri öz zəngin proqramı ilə şagirdlərin, müəllim heyətinin, qonaqların ən unudulmaz bayramına çevrilib.

Xəbər 2120 dəfə oxundu.