Azərbaycanın qadın şahmatçıları Tbilisidə keçiriləcək Avropa çempionatında iştirak edəcəklər
Martın 30-dan aprelin 1-dək Tbilisidə qadın şahmatçılar arasında blits üzrə Avropa çempionatı keçiriləcək.

Çempionatda Azərbaycan da daxil olmaqla 15 ölkədən 80 idmançı iştirak edəcək.

Gürcüstan Şahmat Federasiyasının prezidenti Gio Georqadze deyib ki, Tbilisi şəhər meriyasının baş sponsorluğu ilə təşkil olunacaq çempionatda şahmat üzrə ən güclü idmançılar, o cümlədən dünya və Avropa çempionları mübarizə aparacaqlar. Favoritlər arasında blits üzrə hazırkı Avropa çempionu Nana Dzanqnidze də var.

G.Georqadze Gürcüstanda şahmatın inkişafında SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu yüksək qiymətləndirib. Federasiyanın prezidenti bu köməyə görə SOCAR rəhbərliyinə minnətdarlıq edib.

Xəbər 1050 dəfə oxundu.