Naxçıvan ən güclü şahmatçıları bir araya gətirir
Naxçıvanda ulu öndər prezident Heydər Əliyevin xatirəsinə beynəlxalq şahmat turnir keçiriləcək. İdman.com.az saytının məlumatına görə, aprelin 27-də start götürəcək yarışa mayın 7-də yekun vurulacaq. Turnirdə əsas yarışa reytinqi kişilərdə 2250-dən, qadınlarda isə 2100-də aşağı olmayanlar buraxılacaq.

Məşhur şahmatçıların qatılacağı birincilikdə ilk 30 yeri tutanla pul mükafatına layiq görüləcəklər. Qalib 6000 min, 30-cu yerin sahibi 250 ABŞ dolları qazanacaq. Qeyd edək ki, ötən il “Naxçıvan-Open” adlandırılan turnir 2011-ci ilin ən yaxşılarından sayılıb və onun qalib ukraynalı Anton Korobov olmuşdu.

Xəbər 1204 dəfə oxundu.