Şəmkirdə “Şahin” hərbi-idman oyunlarının zona yarışları davam edir
Şəmkirdə “Şahin” hərbi-idman oyunlarının zona yarışları davam edir.

Sabirkənd kənd tam orta məktəbində keçirilən hərbi idman oyunlarının növbəti zona yarışına kənd məktəblilərindən ibarət 8 komanda qatılıb.

Tədbirdə çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov qeyd edib ki, “Şahin” hərbi-idman oyunun keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və məktəblilərin ordu sıralarına hazırlanmasına kömək göstərməkdir.

Sonra zona yarışlarına start verilib. Gərgin mübarizə şəraitində keçən növbəti zona yarışmasında I yerə Sabirkənd tam orta məktəbin komandası, II yerə Zəyəm qəsəbə 1 saylı tam orta məktəbin komandası, III yerə Zəyəm qəsəbə 2 saylı tam orta məktəbin komandası layiq görülüb.

Sabirkənd kənd tam orta məktəbin komandası martın 16-da Şəmkir şəhərindəki N saylı hərbi hissədə keçiriləcək rayon birinciliyinə vəsiqə qazanıb.

Qeyd edək ki, zona yarışmalarının qalibi olacaq 6 komanda rayon birinciliyinə vəsiqə qazanacaq.

Xəbər 1115 dəfə oxundu.