Mahir Abbaszadə: Turnir dost respublikaların ölkəmizdə idmana olan marağı görməyinə imkan yaratdı
Bu idman yarışı dost respublikaların nümayəndələrinə Azərbaycanda idmana olan marağı, ölkəmizdəki inkişafı öz gözləri ilə görmək üçün əvəzsiz imkan yaratdı.

Bu fikirləri Azərbaycanın parlament komandasının üzvü, Milli Məclisin deputatı Mahir Abbaszadə jurnalistlərə müsahibəsində bildirib.

O deyib: “Parlamentin 100 illiyi ilə əlaqədar biz qonşu respublikalardan olan deputatları dəvət etdik və belə bir yarış keçirdik. Çox sevindirici haldır ki, bu yarış artıq baş tutub. Yarış martın 9-da start götürüb. Birinci oyunda biz Latviya komandasına 3:0 hesabı ilə qalib gəldik. Bu gün isə finalda Ukraynanın parlament komandası ilə oynadıq və yenə də qələbə qazandıq. Düşünürəm ki, biz qarşımıza qoyduğumuz məqsədə nail ola bildik”.

Xəbər 1083 dəfə oxundu.