«Ay-ulduzlular»ımız reytinqdə 6 pillə irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini dərc edib. İdman.com.az saytının məlumatına görə, Azərbaycan seçməsi son sıralama ilə müqayisədə 6 pillə irəliləyib. Bu müddətdə oyun keçirməyən millimiz 305 xalla 110-cu yerdə qərarlaşıb. Yığmamız Avropada 45-ci mövqedə yer alıb.

Qeyd edək ki, son Avropa və dünya çempionu olan İspaniya yığması 1442 xalla liderliyini davam etdirib. Hollandiya millisini 2-ci pillədə Almaniya (1345) yığması əvəzləyib. Uruqvay millisi 1309 xalla 3-cü yerə çıxıb.

Xəbər 979 dəfə oxundu.