Millimizin rəqibi heyətini açıqlayıb
Futbol üzrə Azərbaycan millisinin yoldaşlıq oyunundakı rəqibi Makedoniya yığmasının heyəti açıqlanıb.

Makedoniya millisinin heyətinə 19 futbolçu dəvət olunub.

Heyətdə qapıçılar - Stole Dimitrievski ("Gimnastik", İspaniya), Deyan İliyev ("Arsenal", İngiltərə), müdafiəçilər - Stefan Ristovski ("Sportinq", Portuqaliya), Qoko Zaykov ("Şarlerua", Belçika), Kristian Toşevski, Darko Velkovski (hər ikisi "Vardar"), Kire Ristevski ("Vasas", Macarıstan), Visar Muslui ("Şkendiya"), yarımmüdafiəçilər - Ariyan Ademi ("Dinamo" Zaqreb, Xorvatiya), Enis Bardhi ("Levante", İspaniya), Stefan Spirovski ("Ferensvaroş", Macarıstan), Boban Nikov ("Videoton", Macarıstan), Ezgyan Alioski ("Lids", İngiltirə), Maryan Radeski, Ferhan Hasani (hər ikisi "Şkendiya"), hücumçular - Qoran Pandev ("Cenoa", İtaliya), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi "Palermo", İtaliya) və İvan Triçkovski (AEK, Kipr) yer alıblar.

Qeyd edək ki, Azərbaycan-Makedoniya oyunu martın 27-də Antalyadakı "Mardan" stadionunda Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

Xəbər 672 dəfə oxundu.