Pxençan şəhərində XII Qış Paralimpiya Oyunlarının təntənəli açılışı olub
Cənubi Koreyanın Pxençan şəhərinin Olimpiya stadionunda XII Qış Paralimpiya Oyunlarının təntənəli açılış mərasimi keçirilib. Koreya Respublikasının Prezidenti Mun Ce-in turnirin başlanmasını elan edib.

10 gün davam edəcək Paralimpiadada 80 dəst medal uğrunda idmanın 6 növündə - biatlon, dağ xizəyi idmanı, xizəksürmə, snoubord, slec-xokkey və arabada kerlinq yarışlarında mübarizə aparılacaq.

Qış Paralimpiya Oyunları 1976-cı ildən keçirilir, 1992-ci ildən isə Olimpiya Oyunları bitəndən dərhal sonra elə həmin paytaxtda təşkil olunur. Cənubi Koreya Paralimpiya Oyunlarını ilk dəfədir ki, qəbul edir.

Xəbər 629 dəfə oxundu.