“Çelsi” klubu “Lill”in idman direktoru Luiş Kampuşu dəvət etmək istəyir
“Çelsi” futbol klubu Maykl Emenalonun yerinə idman direktoru axtarır.

Londonlular bu vəzifəyə “Lill”də eyni mövqeyi tutan Luiş Kampuşun təyinatı imkanını araşdırırlar.

“Çelsi”nin nümayəndələri komandanın yay yenidənqurmasında portuqaliyalının iştirakının mümkünlüyü məsələsini müzakirə etmək məqsədilə artıq L.Kampuşun agentləri ilə görüşüblər.

L.Kampuş əvvəl “Real”da baş skaut, sonra “Monako”nun idman direktoru işləyib. Bernardu Silva, Xames Rodriges onun yetirmələrindəndir.

Xəbər 737 dəfə oxundu.