UEFA “PSJ” və “Bazel” azarkeşlərinə qarşı intizam işi açıb
UEFA “PSJ” və “Bazel” azarkeşlərinin Çempionlar Liqasının 1/8 finalında müvafiq olaraq “Real” və “Mançester Siti” komandaları ilə matçlarda nümayiş etdirdikləri davranışa görə onlar barədə intizam işi açıb.

Paris futbol klubunun fanatları pirotexnika və lazer fənərlərindən istifadə etməkdə ittiham olunur. Xatırladaq ki, “PSJ” azarkeşlərinin piroşousuna görə oyun iki dəqiqə dayandırılıb.

“Bazel”ə gəldikdə isə UEFA bu komandanın “Mançester Siti”nin qonağı olarkən onların azarkeşlərinin də pirotexnikadan istifadə etdiyini bildirir.

Xəbər 599 dəfə oxundu.