“Le Parisien”: PSJ klubu yayda səkkiz futbolçu ilə yollarını ayıracaq
PSJ futbol klubu yayda ciddi kadr dəyişiklikləri edəcək.

Paris təmsilçisi yayda futbolçulardan - Dani Alves, Leven Kurzava, Yuri Berçiçe, Adrien Rabo, Marko Verratti, Xavyer Pastore, Anhel Di Mariya və Edinson Kavani ilə yollarını ayıracaq.

Heyətdən göndəriləcək futbolçuların çıxışı klub rəhbərliyini qane etmir. PSJ Neymar və Kiliana Mbappe ətrafında yeni komanda formalaşdırmağı düşünür.

Qeyd edək ki, klubun baş məşqçisi Unai Emeri də istefaya göndəriləcək. Həmçinin idman direktoru Anteru Enrike klubdan kənarlaşdırılacaq.

AZƏRTAC

Xəbər 689 dəfə oxundu.