“Napoli” klubu yarımmüdafiəçisi ilə müqaviləni yeniləyib
İtaliyanın “Napoli” futbol klubu yarımmüdafiəçisi Allan ilə müqaviləni yeniləyib.

Braziliyalı futbolçu klubla 2023-cü ilin yayınadək müqavilə imzalayıb. Allanın hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaqdı.

Qeyd edək ki, Allan 2015-ci ildən “Napoli”nin heyətində çıxış edir.

Xəbər 706 dəfə oxundu.