Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları başa çatıb
Futbol üzrə Avropa Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Mərhələnin ilk oyunları çərçivəsində 8 görüş baş tutub. Cari mövsümdə “Qarabağ”ın Çempionlar Liqasında rəqibi olmuş “Atletiko” doğma meydanda Moskva "Lokomotiv"ni qəbul edib.

Mərkəzi qarşılaşma San Siro stadionunda keçirilib. “Milan” London “Arsenalı”nı qəbul edib, “Salzburg” isə “Borussiya Dortmund”un qonağı olub. “Lazio” “Dinamo” ilə, “Marsel” isə “Atletik Bilbao” ilə münasibətlərinə aydınlıq gətirib.

Gün ərzində keçirilən qarşılaşmalar aşağıdakı kimi yekunlaşıb:

“Milan” (İtaliya) – “Arsenal” (İngiltərə) - 0:2

“Atletiko” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 3:0

“Borussiya" D. (Almaniya) – “Zalsburq” (Avstriya) - 1:2

MOİK (Rusiya) – “Lion” (Fransa) - 0:1

"Latsio” (İtaliya) – “Dinamo” (Kiyev, Ukrayna) - 2:2

“Leyptsiq” (Almaniya) – “Zenit” (Rusiya) - 2:1

“Marsel” (Fransa) – “Atletik” (İspaniya) - 3:1

“Sportinq” (Portuqaliya) – “Viktoriya” (Plzen, Çexiya) - 2:0

Xəbər 658 dəfə oxundu.