Millimiz Ukrayna yığmasına iki cavabsız qolla qalib gəlib
Martın 8-də futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında növbəti yoldaşlıq oyunu keçirilib.

Oyundan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

Bakı Olimpiya Stadionunda keçirilən matçda millimiz 2:0 hesabı ilə qalib gəlib.

Yığmamızın qollarını Sona Rəhimova və Birgul Çelik vurublar.

Qeyd edək ki, komandalar arasında martın 6-da keçirilmiş ilk oyunda millimiz 1:0 hesabı ilə qalib gəlmişdi.

Xəbər 647 dəfə oxundu.