Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vurulub
Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vurulub.

Final qarşılaşmaları komandaların gərgin və maraqlı mübarizəsi ilə yadda qalıb. Qadın həndbolçuların həlledici görüşündə “Azərsu” və “Nur” kollektivləri üz-üzə gəliblər. Rəqibindən daha üstün oyun göstərən “Nur” 30:24 hesabı ilə qalib gələrək Azərbaycan kubokuna sahib çıxıb.

Kişilərin final matçında isə “Məhsul” həndbolçularını 34:28 hesabı ilə məğlubiyyətə uğradan “Bakı” turnirin əsas mükafatına layiq görülüb.

AZƏRTAC

Xəbər 1412 dəfə oxundu.