Yalnız ikisi qalıb
Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Okeaniya zonası üzrə seçmə mərhələsində II turun oyunları keçirilib. İdman.com.az-in məlumatına görə, mundiala yeganə vəsiqəyə iddia edən 4 komandanın dairəvi sistemlə mübarizəsi məhsuldarlığı ilə diqqət çəkir.

Artıq ilk turda Kuk adalarını darmadağın etməklə (7:0) özündən söz etdirən Yeni Zelandiya, Azərbaycana gəlmək yolunda növbəti addımı atıb. Onlar bu dəfə Yeni Kaledoniya yığmasının daşını daş üstdə qoymayıb – 13:1.

İlk matçında kaledoniyalıları minimal hesabla yenən Papua Yeni Qvineya isə yenə çətinliklə üzləşib. Onlar Kuk adalarını 3:2 hesabı ilə məğlub edib. Bu oyunlardan sonra Yeni Zelandiya və Papua Yeni Qvineya yığmaları 6 xal toplayıblar. Mundial şansını itirən autsayderlər isə xala həsrətdir. Dünya çempionatına qatılacaq komanda aprelin 13-də liderlə arasında qarşılaşmada müəyyənləşəcək.

Xəbər 1045 dəfə oxundu.