“Betis” klubu Kasilyasla müqavilə bağlamağa hazırdır
“Portu” futbol komandasının qapıçısı İker Kasilyas mövsümün sonunda “Betis”ə keçə bilər.

Əgər Kasilyas MLS-yə getməyə qərar verməzsə, İspaniya klubu 36 yaşlı oyunçu ilə müqavilə imzalamağa hazırdır.

Daha əvvəl “Portu”nun kommunikasiyalar üzrə direktoru Fransişku Markeşa bildirmişdi ki, Kasilyas mövsümün sonunda komandanı tərk edəcək. Çünki klub məvaciblərə sərf olunan xərcləri azaltmaq fikrindədir.

Kasilyas “Portu” komandasına 1998-ci ildən oynadığı “Real”dan 2015-ci ildə keçib. Cari mövsümdə o, meydana qeyri-müntəzəm çıxır və bu mövsümdə bütün turnirlərdə 21 oyun keçirib.

Xəbər 1101 dəfə oxundu.