“AEK Athens”-“Berçem” həndbol oyununu azərbaycanlı hakimlər idarə edəcəklər
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri kişi həndbolçular arasında “Çağırış kuboku” uğrunda yarışların dörddəbir final mərhələsinin oyunlarına dəvət alıblar.

Referilərimiz Vaqif Əliyev və Ələkbər Ağakişiyev martın 24-də Yunanıstanın “AEK Athens” və Lüksemburqun “Berçem” komandaları arasındakı matçı idarə edəcəklər.

Yunanıstanda baş tutacaq ilk görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi bolqarıstanlı Andrey Andreev olacaq.

AZƏRTAC

Xəbər 1014 dəfə oxundu.