Azərbaycan Premyer Liqasının XIX turunun oyun cədvəli müəyyənləşib
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun oyun cədvəli müəyyənləşib.

İki günü əhatə edəcək tura martın 9-da start veriləcək. İlk oyun günündə “Qəbələ” səfərdə “Kəpəz”in qonağı olacaq. Günün digər qarşılaşmasında isə "Neftçi” və “Keşlə” klubları üz-üzə gələcəklər.

Turun ikinci gününün ilk qarşılaşmasında “Səbail” doğma meydanda “Sumqayıt” klubunu qəbul edəcək. Turun sonuncu matçında isə “Qarabağ” və “Zirə” klubları qarşılaşacaqlar.

Qeyd edək ki, turnir cədvəlinə 45 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 35 xalla ikinci, “Zirə” 32 xalla üçüncü, “Sumqayıt” 28 xalla dördüncü, “Neftçi” 23 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (17 xal), “Keşlə” (15 xal) və “Kəpəz” (10 xal) qərarlaşıb.

Xəbər 1071 dəfə oxundu.