Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk iştirakçıları məlum olacaq
Martın 6-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində iki cavab oyunu keçiriləcək.

Günün mərkəzi görüşündə Fransa təmsilçisi “PSJ” doğma meydanda Madridin “Real” klubunu qəbul edəcək. Bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Digər qarşılaşmada isə İngiltərənin “Liverpul” klubu Portuqaliyanın “Portu” komandası ilə üz-üzə gələcək. İlk görüşdə səfərdə 5:0 hesabı ilə qalib gələn “Liverpul”un dörddəbir finala adlamaq şansı olduqca yüksəkdir.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 1050 dəfə oxundu.