Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Moskvada ikinci olub
Moskvada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turnirinin rapid yarışlarına yekun vurulub.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5 xalla turniri ikinci pillədə başa vurub. Hesabında 6 xal olan hindistanlı zəka sahibi Vişvanatan Anand turnirin qalibi olub. Rusiyalı şahmatçı Sergey Karyakin (5 xal) yarışı üçüncü yerdə tamamlayıb.

Turnirə martın 5-də keçiriləcək blits yarışları ilə yekun vurulacaq.

Xəbər 1070 dəfə oxundu.