“Neftçi İdman Klubu”nun U-12 komandası Gürcüstanda təlim-məşq toplanışında olub
“Neftçi İdman Klubu”nun Siyəzən rayonunda fəaliyyət göstərən on iki yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın Kobuleti şəhərində təlim-məşq toplanışında olub.

Kiçikyaşlı futbolçularımız toplanış müddəti ərzində dörd yoldaşlıq görüşündə güclərini sınayıblar. Komandamız yerli “Şukura” ilə qarşılaşmadan 2:2 hesablı bərabərliklə ayrılıb. “Kobuleti” komandasını 4 cavabsız qolla yenən Elçin Ağayevin yetirmələri “Bakuri” klubunu da məğlubiyyətə uğradıblar – 7:3. Sonuncu görüşdə təmsilçimiz Kobuleti şəhərinin yığma komandası ilə üz-üzə gəlib və rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Xəbər 1029 dəfə oxundu.