Binəqədi rayonunda qızlar arasında basketbol birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı martın 1-də 244 nömrəli tam orta məktəbdə rayon orta ümumtəhsil məktəbləri arasında “Basketbol” (qızlar) birinciliyinin final oyunları keçirilib.

Yarışın nəticəsinə görə, birinci yerə 244 nömrəli tam orta məktəbin komandası çıxıb. 314 nömrəli tam orta məktəbin komandası ikinci, 126 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub. Qaliblər İdarə tərəfindən diplom və medallarla təltif olunublar.



Xəbər 1043 dəfə oxundu.