Binəqədi rayonunda basketbol birinciliyi keçirilib
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə fevralın 28-də 244 №-li tam orta məktəbdə rayon orta ümumtəhsil məktəbləri arasında “Basketbol” (oğlanlar) birinciliyinin final oyunları keçirilib.

Yarışın nəticəsinə görə birinci yerə 115 №-li tam orta məktəbin komandası, ikinciyə 244 №-li tam orta məktəbin komandası, üçüncüyə 314 №-li tam orta məktəbin komandası layiq görülüblər.

Mükafatlandırma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rafiq Nəsirov çıxış edərək məktəbliləri təbrik edib. Qaliblər İdarə tərəfindən diplom və medallarla təltif olunublar.



Xəbər 938 dəfə oxundu.