Daha 2 komanda Tailanddakı mundiala vəsiqə qazanıb
Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində daha 2 oyun keçirilib. Pireney təmsilçiləri üçün uğurlu gün İspaniya və Portuqaliya milli komandalarının Tailanddakı mundiala vəsiqə qazanması ilə başa çatıb. Son Avropa çempionu İspaniya Slovakiya yığmasını meydana çıxmağa peşman edib. İlk oyunda 4:0 hesabı ilə qalib gələn pireneylilər evdə ikiqat artıq fərqlə sevinib – 8:0. Portuqaliya millisi isə əksinə evdə daha insaflı olub. Səfərdə Belarusu 7:1 hesabı ilə darmadağın edən pireneylilər evdə 4:1.hesablı qələbə ilə kifayətləniblər.



Xəbər 998 dəfə oxundu.