PSJ-nin daha bir futbolçusu zədələndi
PSJ-nin daha bir futbolçusu sıradan çıxıb. Neymar və Markinyoşun ardınca Kilian Mbappe də zədələnib.

İstedadlı hücumçu Fransa kubokunun 1/4 final mərhələsində “Marsel”lə oyunda (3:0) xəsarət alıb. Bu səbəbdən baş məşqçi Unai Emeri onu fasilədə əvəzləmək məcburiyyətində qalıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Emeri Mbappenin dabanından zərbə aldığını bildirib. Onun zədəsinin ciddi olub-olmadığı, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la cavab görüşündə oynayıb-oynamayacağı hələ bilinmir.

Apasport.az

Xəbər 1002 dəfə oxundu.