“Stars” basketbol komandası Cəlilabadda turnirin qalibi olub
Cəlilabadda basketbolun 3x3 növü üzrə “Azərbaycan Cup” ölkə turunun beşinci turniri keçirilib. Turnirdə 8 komanda iştirak edib və onlardan dördü yarışa Bakıdan qatılıb.

Turnirdə birinci yerə Cəlilabadın “Stars” komandası sahib çıxıb. Bakının “Polukhinski Pereulok” komandası yarışı ikinci, Cəlilabadın “Woodpecker” kollektivi isə üçüncü pillədə başa vurublar.

Cəlilabadın “Wizards” komandasının üzvü Məhəmməd Ağayev yarışın “Three-Point Contest” 3 xallıq müsabiqəsinin qalibi olub. Turnirin ən dəyərli oyunçusu “Polukhinski Pereulok” komandasının üzvü İsmayıl Əliyev seçilib.

Xəbər 1463 dəfə oxundu.