“Espanyol” son 27 il ərzində ilk dəfə öz meydançasında İspaniya futbolunun üç liderinə qalib gəlib
Cari mövsümdə “Espanyol” son 27 il ərzində ilk dəfə olaraq, öz meydançasında İspaniya futbolunun üç liderinə qalib gəlib.

“Espanyol” komandası çempionatda “Real” və “Atletiko” üzərində qələbə qazanıb, həmçinin İspaniya kuboku yarışlarının ev oyununda “Barselona”nı məğlub edib.

“Espanyol” 1980/1981-ci il mövsümündən başlayaraq, ilk dəfədir ki, bir mövsümdə hər üç komandaya qalib gəlib.

Xəbər 1134 dəfə oxundu.