Samboçulardan növbəti uğur
Ölkəmizin yeniyetmə və gənc samboçulardan ibarət milli komandası Rumıniya paytaxtı Buxarestdə keçirilmiş Avropa çempionatında uğurla iştirak ediblər. İdman.com.az saytının məlumatına görə, seçmə komandamız ümumilikdə 1 gümüş, 6 bürünc medal qazanıb.

Yeniyetmələrin mübarizəsində Ceyhun Babakişiyev (81 kq) gümüş, Nəsimi Umbayev (48 kq), Xəyal Mirzəzadə (65 kq), Ruhin Əhədov (70 kq), Səbuhi Axundov (87 kq) bürünc mükafata sahib çıxıblar.

Gənclərin yarışında Kənan Binyatov (52 kq) və Hikmət Alışov (90 kq) bürünc medal əldə ediblər.

Xəbər 2167 dəfə oxundu.