Mərakeşdə futbol oyunu zamanı kütləvi toqquşma baş verib
Futbol üzrə Mərakeş çempionatında “Kavkab” ilə “Raca Kasablanka” arasında matç zamanı (0:3) “Raca Kasablanka”nın fanatları ilə polis əməkdaşları arasında kütləvi toqquşma baş verib.

Mərakeş şəhəri stadionunda toqquşma nəticəsində 14 polis zərər çəkib, təqribən 65 azarkeş həbs olunub, 2 min tamaşaçı kreslosu yerindən qopardılıb.

Mərakeş Kral Futbol Federasiyası Kasablanka klubunu 50 min dirhəm (4500 dollar) məbləğində cərimələyib və iki matçı azarkeşsiz keçirməyi klubun öhdəsinə qoyub.

Qeyd edək ki, oyuna baxmağa yollanan beş “Raca Kasablanka” azarkeşi matçdan əvvəl avtomobil qəzasında həlak olub.

Bu cür insidentlər Mərakeşin 2026-cı ilin dünya çempionatını qəbul etmək planlarına və imkanlarına təsir göstərə bilər.

Xatırladaq ki, 2016-cı ilin martında da “Raca Kasablanka”nın matçı zamanı onun fanatlarının dalaşması nəticəsində 2 nəfər həlak olub, 49 adam yaralanıb.

Xəbər 1041 dəfə oxundu.