Pol Poqba Fransanın yüksək ödənişli idmançılarının reytinq cədvəlinə başçılıq edir
“Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba Fransanın yüksək ödənişli idmançılarının reytinq cədvəlinə başçılıq edir.

24 yaşlı futbolçu “L’Equipe” nəşrinin 2017-ci ilin yekunlarına görə tərtib etdiyi “Top-30” reytinq cədvəlində birinci olub.

Poqba ötən ilki məvacibi və əldə etdiyi bonuslara görə, 22,2 milyon avro qazanıb. Bu məbləğ futbolçunun 2016-cı ildəki gəlirindən 4,2 milyon avro çoxdur.

Qeyd edək ki, reytinq cədvəlində ilk üçlüyü basketbolçu Toni Parker (19,7 milyon avro) və “Atletiko”nun futbolçusu Antuan Qrizmann (19,1 milyon avro) qapayıb.

Xəbər 677 dəfə oxundu.