Güləşçimiz Şahanə Nəzərova yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya qazanıb
Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar yarışıblar.

Bu çəkilərdə finala yüksələn idmançılar və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunub. Güləşçilərimizdən Şahanə Nəzərova (43 kq) ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəliblər.

Yarımfinalda Rusiya idmançısına da heç bir şans verməyən Ş.Nəzərova həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Nigar Mirzəzadə isə yarımfinalda uduzaraq bürünc medal görüşünə haqq qazanıb.

Xəbər 1060 dəfə oxundu.