“Ayaçço”–“Asseko Resovia” voleybol oyununu azərbaycanlı hakim idarə edəcək
Azərbaycan hakimi Fikrət Axundov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.

Həmyerlimiz kişi komandaları arasında CEV kuboku yarışlarının dörddəbir final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Ayaçço” (Fransa)–“Asseko Resovia” (Polşa) qarşılaşmasının baş hakimi olacaq.

Fevralın 28-də Fransada təşkil olunacaq oyunda F.Axundova almaniyalı Mirko Till kömək edəcək.

Komandalar arasında ilk matçda Polşa komandası 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 618 dəfə oxundu.