Toni Adamsın “Qəbələ” sevgisi
“Qəbələ” sabiq baş məşqçisi Toni Adamsla işbirliyini davam etdirəcək. İdman.com.az-in məlumatına görə, “Arsenal”ın canlı əfsanəsi bundan sonra “Qəbələ” klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirəcək. O, yeni təyinatı ilə bağlı klubun saytına fikirlərini bildirib:

“Qəbələ” klubundakı yeni vəzifəmə görə çox şadam. Klubun prezidenti Tale Heydərovla belə bir razılığa gəldik ki, mənim futbol biliyimi və klubun inkişafının hazırkı mərhələsini nəzərə alaraq, fəaliyyətim meydançadan kənarda daha çox faydalı ola bilər. Prezidentin müşaviri kimi, mən klubdakı vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və “Qəbələ”nin sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən, qabaqcıl, bir sözlə peşəkar kluba çevrilməyində köməkliyimi əsirgəməyəcəm”.

Adams belə etimada görə, klub prezidentinə təşəkkürünü də bildirib: “Mənə bu cür etimad göstərdiyinə və klubdakı məqsədlərimin reallaşması üçün şərait yaratdığına görə klubun prezidentinə minnətdaram”.

Xəbər 972 dəfə oxundu.