Yığmamızın forvardı Villareala qol vurdu
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Rizvan Umarov gənclər arasında İspaniya çempionatında fərqlənib. Millimizin üzvü şərəfini qoruduğu “Elche” klubunun gənclərdən ibarət komandasının qələbəsində pay sahibi olub.

Umarov yeni komandasındakı ilk qolunu “Villareal”a vurub. Görüş Rizvanın komandasının qələbəsiylə başa çatıb – 3:1.


Xəbər 844 dəfə oxundu.