Cüdo üzrə Azərbaycan birinciliyinə start verilib
Fevralın 22-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start verilib.

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 64 klubdan 467 gənc cüdoçu mübarizə aparır.

İki gün davam edəcək respublika birinciliyinin ilk günündə oğlanlar 55 və 60 kiloqramda, qızlar isə bütün çəki dərəcələrində medallar uğrunda mübarizə aparırlar.

Xəbər 567 dəfə oxundu.