MOİK UEFA Avropa Liqasının səkkizdəbir mərhələsinə adlayıb
Futbol üzrə UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı müəyyənləşib.

1/16 final mərhələsinin cavab oyunları çərçivəsində Rusiyanın MOİK klubu doğma meydanda Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edib.

Meydan sahibləri ilk hissənin 45-ci dəqiqəsində Alan Dzaqoevin qolu ilə hesabı açıblar. Komandalar fasiləyə bu hesabla yollanıblar.

Matçın ikinci hissəsində qapılara qol vurulmayıb. Görüş MOİK-in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, iki oyunun nəticəsinə görə MOİK Avropa Liqasının səkkizdəbir finalına adlayıb.

Xatırladaq ki, komandalar arasında Serbiyada keçirilən ilk qarşılaşma heç-heçə ilə nəticələnmişdi.

Xəbər 554 dəfə oxundu.