“Simurq”da biri qayıtdı, üçü getdi
“Rəvan”la oyundan sonra “Simurq”un baş məşqçisi Georgi Çıxradze komandaya bir günlük istirahət verib. Dünən istirahət edən futbolçular bu gün Zaqatalada toplaşaraq “Turan”la oyuna hazırlıqlara başlayacaq.

27-ci turda zədələnərək meydanı tərk etməyə məcbur olan İlkin Qırtımov artıq özünü yaxşı hiss edir və bu gündən məşqlərə qatılacaq.

Qeyd edək ki, 28-ci tur çərçivəsində aprelin 15-də “Turan”ın qonağı olacaq “Simurq”da kapitan Rasim Ramaldanov və Emin Cəfərquliyev cəzalı olduqlarından, Andrey Rubin isə zədəsini hələ də sağalda bilmədiyindən bu qarşılaşmada forma geyinə bilməyəcək.

Xəbər 891 dəfə oxundu.