Azərbaycan Premyer Liqasının təqvimində dəyişiklik edilib
Peşəkar Futbol Liqası (PFL) 2017-2018-ci il mövsümünün təqvimində müəyyən dəyişiklik edib.

Milli komandamızın mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel Prezident seçkiləri ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının və ölkə kuboku yarışlarının təqvimində dəyişikliklər olunub.

Azərbaycan Premyer Liqasının XIX turunun “Kəpəz”–“Qəbələ” və “Keşlə”-“Neftçi” matçları martın 9-da, “Səbail”–“Sumqayıt” və “Qarabağ”–“Zirə” matçları isə martın 10-da keçiriləcək. XX turunun “Keşlə”-“Qəbələ” matçı martın 13-də, turun digər üç oyunu isə 14-də başlayacaq. XXIII turda aprelin 14-də keçirilməsi nəzərdə tutulan “Zirə”–“Neftçi” oyunu ertəsi günə təxirə salınıb.

Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin ilk oyunları aprelin 12-də keçiriləcək.

Xəbər 1044 dəfə oxundu.