Yeniyetmə cüdoçularımız Avropa kubokunda beş medal qazanıblar
İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb.

36 ölkədən 471 idmançının mübarizə apardığı beynəlxalq turnirin ikinci günündə Azərbaycan millisi 1 gümüş və 2 bürünc medal qazanıb.

Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (90 kq) gümüş, Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) bürünc medala sahib olublar.

Beləliklə, yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar.

Xatırladaq ki, Avropa kubokunun ilk günü Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıblar.

Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb.

AZƏRTAC

Xəbər 1224 dəfə oxundu.