Gənc boksçularımız Belarusa yollanıblar
Fevralın 20-25-də gənc boksçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı keçiriləcək.

Milli komandamız Balakəndə başladığı hazırlıq prosesini Belarusun Qomel şəhərində davam etdirəcək.

Yığmamızın baş məşqçisi Vaqif Şirinov toplanışda 15 idmançını sınaqdan keçirəcək.

Millimizin Belarusdakı təlim-məşq toplanışına Maqsud Xasmətov, Vüqar Hüseynov (hər ikisi 49 kq), Əflatun Babayev, Mirmehdi Mehdizadə (hər ikisi 52 kq), Orxan Həsənov, Əlizamin Səlimov (hər ikisi 56 kq), Nurlan Səfərov, Nəbi İsgəndərov (hər ikisi 60 kq), Səbuhi Abışov (64 kq), Nicat Həsənov, Məhəmməd Yusifov, Cahid Qurbanov (hamısı 69 kq), Rəsul Rzayev (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) cəlb olunublar.

Fevralın 19-da səfərə yollanan millimiz Qomeldə əsasən ümumi və fiziki hazırlıq üzərində çalışacaqlar.

Xəbər 1388 dəfə oxundu.