“Viktoriya”-“Bahia” futbol matçında doqquz qırmızı vərəqə göstərilib
Braziliyada meydandan doqquz futbolçunun kənarlaşdırılmasından sonra hakim matçı dayandırıb.

Bu hadisə Braziliya futbol çempionatında “Viktoriya” və “Bahia” klubları arasında keçirilən matçda qeydə alınıb.

Penaltinin təyin olunmasından sonra ot örtüyü döyüş meydanına çevrilib. Kütləvi dava nəticəsində beş futbolçu geyinib-soyunma otağına göndərilib.

Matç ərzində əsəblər tarıma çəkilib, bəzi futbolçuların hirsi soyumayıb. Bir neçə dəqiqədən sonra daha iki futbolçu (hər klubdan bir futbolçu) oyundan kənarlaşdırılıb.

Əsas vaxtın başa çatmasına 13 dəqiqə qalmış “Viktoriya” iki futbolçusunu itirib və meydanda cəmi altı futbolçusu qaldığından, hakim matçı dayandırmaq məcburiyyətində qalıb.

Xəbər 1147 dəfə oxundu.