Azərbaycan millisinin 2 illik həsrəti başa çatır
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin 2 illik həsrəti başa çatır. Sonuncu dəfə 2010-cu ildə Böyük Britaniya ilə qarşılaşan yığmamız beynəlxalq turnirdə iştirak edəcək.

Belə ki, komandamız Ukraynada təşkil olunacaq beynəlxalq turnirə qatılacaq. Burada millimizin rəqibləri 4 yerli və 1 Belarus komandası olacaq.
Yarış aprelin 12-18-də keçiriləcək.

Qeyd edək ki, legionerlərimiz yığmanın heyətinə qoşulmayacaqlar.



Xəbər 935 dəfə oxundu.