Azərbaycan-Belarus oyununu latviyalı hakimlər briqadası idarə edəcək
Martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan və Belarus milli komandalarının yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Qarşılaşmanın baş hakimi latviyalı Andris Treimanis olacaq. Ona həmyerliləri Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər.

Xatırladaq ki, Millətlər Liqasında mübarizə aparacaq yığmamız turnirə hazırlıq çərçivəsində martın 27-də Makedoniya ilə Antalyada, iyunun 9-da isə Latviya ilə səfərdə qarşılaşacaq.

affa.az

Xəbər 556 dəfə oxundu.