Güllə atıcılığı üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Atıcılıq Mərkəzində 1998-ci il və ondan kiçik təvəllüdlü oğlanlar və qızlar arasında güllə atıcılığı üzrə Bakı birinciliyi keçirilib.

Oğlanlar arasında keçirilən pnevmatik tapançadan atəşaçma yarışında İmran Qarayev 563 xal toplayaraq qızıl medal qazanıb. Vladislav Kalmıkov 334 xalla ikinci, Tamerlan Əliyev 529 xalla üçüncü olublar.

Qızlar arasında Nəzrin Abbaslı 529 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Zeynəb Abasova 523 xalla yarışı ikinci, Fatimə Rzayeva 502 xalla üçüncü pillədə başa vurublar.

Pnevmatik tüfəngdən atəşaçma yarışında oğlanlar arasında Ramiz Xəlilov 569,2 xalla bütün rəqiblərindən üstün olub. Camal Nəcəfli (554 xal) gümüş, Murad Əhmədli (508,8 xal) bürünc medala sahib olublar.

Qızların mübarizəsində isə Nəzrin Salamzadə 594,7 xalla qızıl medal qazanıb. Rübabə Quluzadə 591,6 xalla ikinci, Zibeydə Hacıyeva 513,9 xalla üçüncü pillədə qərarlaşıblar.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən medallar, müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

AZƏRTAC

Xəbər 1657 dəfə oxundu.