Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
Fevralın 20-23-də stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək çempionat 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunacaq.

Azərbaycan Stolüstü Tennis Federasiyasından bildiriblər ki, çempionatda respublikanın şəhər və rayonlarından 120-dən çox idmançı iştirak edəcək. Şəxsi, komanda, qoşa və qarışıq qoşa dərəcələri üzrə yarışlarda Bakı, Sumqayıt, Şəki, Şirvan, Salyan, Gədəbəy, Samux və digər rayonların tennisçiləri mübarizə aparacaqlar.

Xəbər 924 dəfə oxundu.