AFFA-nın dəstəyi ilə Ağdamda və Tərtərdə “Cəsur ürəklər” layihəsi icra olunacaq
AFFA-nın dəstəyi ilə fevralın 19-da Ağdamın Quzanlı qəsəbəsində, fevralın 20-də isə Tərtər rayonunda “Cəsur ürəklər” layihəsi icra olunacaq.

Layihənin məqsədi qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyinin artırılması, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və idmanın digər növlərinə marağın gücləndirilməsi, sağlam həyat tərzinin təbliğidir.

AFFA-nın ötən il irəli sürdüyü “Cəsur ürəklər” layihəsi UEFA-nın Uşaq Fondu tərəfindən təsdiq olunub.

Xəbər 582 dəfə oxundu.