FİFA referiləri ofsaydda | |
Azərbaycan Premyer Liqasında XVI turun oyunları üçün bütün təyinatlar açıqlanıb. saytının məlumatına görə, turun “Qəbələ” və “Zirə” arasında mərkəzi oyun Rauf Cabbarova tapşırılıb. “Sumqayıt” - “Neftçi” görüşündə isə İnqilab Məmmədov fit çalacaq. FİFA referiləri isə bu turda oyun idarə etməyəcək. Əliyar Ağayevlə Rəhim Həsənov dördüncü hakim funksiyasını yerinə yetirəcəksə, Ömər Paşayev bu dəfə ofsaydda qalıb. Azərbaycan Premyer Liqası XVI tur 17 fevral (şənbə) 15:00. “Qəbələ” – “Zirə” Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Knyaz Əmiraslanov, Orxan Məmmədov AFFA nümayəndəsi: Məmmədəli Məmmədov Hakim-inspektor: Məhəmməd Məmmədov Qəbələ şəhər stadionu 18:30. “Sumqayıt” – “Neftçi” Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rza Məmmədov, Rəhim Həsənov AFFA nümayəndəsi: Ramiz Mustafayev Hakim-inspektor: Asim Xudiyev Sumqayıt. Şəhər stadionu 18 fevral (bazar) 15:00. “Kəpəz” – “Keşlə” Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Qənbərov, İsgəndər Əliyev, Ramil Diniyev AFFA nümayəndəsi: Eldar Qasımov Hakim-inspektor: Füzuli Nəcəfov Gəncə şəhər stadionu 17:30. “Səbail” – “Qarabağ” Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Nahid Əliyev, Əliyar Ağayev AFFA nümayəndəsi: Elbrus Abbasov Hakim-inspektor: Xaqani Məmmədov “Bayıl Arena” Apasport.az |
|
Xəbər 552 dəfə oxundu. |
|
|