Koutinyo Portuqaliya vətəndaşı olacaq
“Barselona”nın yeni transferi Filippe Koutinyo Portuqaliya vətəndaşlığı almağa hazırlaşır.

Braziliyalı yarımmüdafiəçinin həyat yoldaşı Portuqaliya vətəndaşıdır. Cütlük artıq 3 ildir evlidir. Portuqaliya qanunlarına görə, Koutinyo atıq bu ölkənin vətəndaşlığına sahib ola bilər. Futbolçu Portuqaliya vətəndaşlığını alsa, “Barselona”da Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçular üçün ayrılmış bir yer boşalacaq.

La Liqanın əsasnaməsinə görə, bu liqada çıxış edən klubların hər birində ən çoxu 3 Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu çıxış edə bilər. “Barselona”da isə artıq 3 belə futbolçu (Koutinyo, Paulinyo və Yerro Mina) var. Koutinyonun Portuqaliya vətəndaşlığı alması ilə “Barselona” daha bir Avropa Birliyi ölkəsi vətəndaşı olmayan futbolçu transfer etmək hüququ əldə edəcək.

Xəbər 572 dəfə oxundu.