“Nur” həndbol komandasından ardıcıl üçüncü qalibiyyət
Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.

Mingəçevirdə yerləşən “Kür” Olimpiya İdman Mərkəzində son ölkə çempionu olan “Nur” komandası “İdman Akademiyası”nı qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən görüş Mingəçevir təmsilçisinin xeyrinə başa çatıb – 32:16. Bu, çempionata elə də yaxşı başlamayan “Nur”un yeni ildən etibarən ardıcıl üçüncü qələbəsi olub.

Xatırladaq ki, “Nur” komandası “Gənclər Birliyi” həndbolçularını 44:20, “Azəryol” kollektivini isə 22:20 hesabı ilə məğlub edib.

AZƏRTAC

Xəbər 1586 dəfə oxundu.